ABŞ Ukraynaya yeni yardım edəcək - Bu dəfə 387 milyon dollar göndərəcək

10:37 - 6.05.2022


6 may, Fineko/abc.az. Rusiya-Ukrayna müharibəsi başlayandan bir çox ölkələr, böyük təşkilatlar Kiyevə yardım edir.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, ABŞ hökuməti növbəti dəfə Ukraynaya yardım edəcəyini açıqlayıb.

Vaşinqton bu dəfə Ukraynaya təxminən 387 milyon dollar əlavə humanitar yardım ayırmağı planlaşdırıb.

Qeyd edək ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

“Bu gün ABŞ Ukraynaya 387 milyon əlavə humanitar yardım ayırdığını elan edir. Bu yardım, qeyd edildiyi kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göndəriləcək", - Prays qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər