Azərbaycanın iri broyler şirkəti nizamnamə kapitalını artırır

11:28 - 14.05.2018


14 may, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən iri broyler şirkəti  “Səba” ASC səhmdarların ümumi yığıncağının keçirilməsini elan etdi.
Şirkətin məlumatına görə, yığıncaq 25 iyun tarixində ASC-in inzibati binasında keçiriləcək.
“Yığıncağın gündəliyinə nizamnamə kapitalının artırılması, nizamnamə dəyişikliklərin daxil edilməsi, həmçinin, 2017-ci il üzrə maliyyə hesabatının təsdiqlənməsi, dividendlərin ödənilməsi, müstəqil audit yoxlamalarının seçilməsi və sair məsələlər daxildir”, - məlumatda belə deyilir.

Bütün xəbərlər