Azərbaycan auditorları təsərrüfat subyektləri ilə 100 milyon manatlıq müqavilə bağlayıb

11:43 - 6.05.2022


6 may, Fineko/abc.az. 2021-ci ildə Azərbaycan auditorları təsərrüfat subyektləri ilə 100 milyon manat məbləğində 5 956 müqavilə bağlayıb.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Auditorlar Palatasından bildirilib.

Məlumata görə, bunlar 2020-ci illə müqayisədə müvafiq olaraq 29,9% və 17,8% çoxdur.

"Ötən il Palata şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq əlaqələrini dövlət sifarişləri formasında davam etdirib. Belə ki, həmin orqanlardan daxil olmuş 35 müraciət əsasında yoxlamaların aparılmasına sərbəst auditorlar və auditor təşkilatlarının nümayəndələri cəlb olunub, başa çatmış yoxlamaların nəticələrinə dair tərtib olunmuş materiallar aidiyyatı orqanlara təqdim edilib", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər