Vergi daxilolmaları 55 faizdən çox artıb - Nazir tviterdə paylaşım etdi

06.05.2022,12:12


6 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 % artaraq 5 milyard 35,4 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, proqnoz 150,5 % səviyyəsində icra olunub.

"Ölkə iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsi və vətəndaşlarımızın rifahının daha da yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olaraq dövlət büdcəsinə vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub" deyə nazir qeyd edib.