11:43 - 14.05.2018
14 may, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi 250 daş karxanasının qeyri-qanuni fəaliyyətini aşkar edib.
Komitənin məlumatına əsasən, keçirilmiş monitorinqin nəticələrinə görə, ölkədə 585 daş karxanası fəaliyyət göstərir. Onların müvafiq elektron bazası yaradılmışdır.
“Həmçinin aşkar edilmişdir ki, 250 daş karxanası torpaq qanunvericiliyinin pozuntuları ilə fəaliyyət göstərir. Hazırda 238 daş karxanası real olaraq fəaliyyət göstərir, 23-ü isə qeydiyyat üzrə işlər aparır.
Aşkar edilmiş pozuntular nəticəsində 127 karxana barəsində inzibati protokol tərtib edilib, qeyri-qanuni yolla torpaq sahələrini zəbt etmiş 46 karxana üzrə isə materiallar hüquq-mühafizə orqanlarına verilib”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, 42 daş karxanasında yoxlamalar davam edir. Əsasən bu kimi hallara Xəzər, Qaradağ, həmçinin, Abşeron, İmişli, Quba, Şəki və Qazax bölgələrində rast gəlinir.
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024