Azərbaycana ən çox gələn xarici ölkə vətəndaşları - Türkiyə birinci yerdədir

14:30 - 6.05.2022


6 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Turizm Agentliyi ötən ay ölkəyə gələn əcnəbilərin sayı barədə məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin aprelində ölkəyə 84 402 xarici vətəndaş gəlib.

ABC.AZ-ın məlumatına görə, qeyd olunan dövrdə əcnəbilərin 26,9 faizi Türkiyədən, 22,6 faizi Rusiyadan, 15,7 faizi İranda, 11,8 faizi Asiyadan, 10 faizi Avropadan, 6,9 faizi Gürcüstandan, 4,3 faizi Yaxın Şərq ölkələrindən, 1,7 faizi isə digər regionlardan gəlib. Xarici vətəndaşların ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə isə Türkiyə (22,7 min), Rusiya (19,1 min), İran (13,3 min), Gürcüstan (5,8 min), Hindistan (3,3 min) qərarlaşıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər