"Shell" Rusiya bazarından çəkildiyi üçün 4,24 milyard dollar itirib

14:41 - 6.05.2022


6 may, Fineko/abc.az. Britaniya-Hollandiya neft-qaz şirkəti olan "Shell" Rusiyanın enerji layihələrində iştirakdan imtina etməsi və Rusiyadan yanacaq alması səbəbindən 4,24 milyard dollar itirib.

ABC.AZ-ın məlumatına görə, bu barədə şirkətin hesabatında qeyd edilib.

Belə ki, martın əvvəlində "Shell" Rusiyadakı fəaliyyətini dayandıracağını açıqlayıb, Şirkət Rusiya neftinin kütləvi alışından imtina etmək, Rusiya Federasiyasındakı bütün Shell yanacaqdoldurma məntəqələrini bağlamaq və xam neftin tədarük zəncirini dəyişdirmək, Rusiya xammalının onlardan xaric edilməsi barədə qərar qəbul edib.

Şirkət həmçinin Şimal axını 2 də daxil olmaqla bir sıra enerji layihələrindən çəkilib. Nəticədə “Saxalin-2” layihəsində iştirak edən şirkətin 1,614 milyard dollar zərəri qeydə alıb.

Şirkət həmçinin Qazprom Neft ilə birgə layihələrin sərfəli olmadığını, iştirakdan ümumi amortizasiyanın 386 milyon dollar təşkil etdiyini açıqlayıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər