“Araz Supermarket”inə sanksiya tətbiq edildi - 2.5 mln manat cərimələndi

15:30 - 6.05.2022


6 may, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində ““Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi”  başlıqlı reklamda əmtəələrin qiyməti, əldəetmə və ödəniş şərtləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlandığı məlum olub.

Qurumdan ABC.AZ-a daxil olan məlumata görə, eyni zamanda həmin reklamda digər bazar iştirakçıları ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq reklama yol verilib.

Bununla yanaşı reklam məlumatında digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib.

Qərara əsasən “Araz Supermarket” MMC-yə haqsız rəqabət yol verdiyinə görə 2 484,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bütün xəbərlər