“Qafqaz Otelləri Bakı” məhkəməyə verildi - "Milla"ya borcu var

15:51 - 6.05.2022


6 may, Fineko/abc.az. Məşhur “Milla” brendinin məxsus olduğu “Azerbaijan Food and Packaging Company” şirkəti “Qafqaz Otelləri Bakı”nı məhkəməyə verib.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, işə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılır.

İddiaya görə, “Qafqaz otellər”i qarşı tərəfdən aldığı “Milla” məhsullarının pulunu ödəməyib. Alqı-satqı müqaviləsi üzrə borcun tutulması üçün "Azfpco LTD" məhkəməyə müraciət edib.

Əldə etdiyimiz məlumata əsasən, “Qafqaz Otelləri”nin qarşı tərəfə olan borcu 1416 manatdır. Lakin otellər şəbəkəsi borcu ödəmədiyi üçün 1115 manat da cərimıə borcu yığılıb. Qeyd edək ki, “Milla” brendi əsasən süd məhsulları bazarında tanınır. Brendin sahibi olan “Azerbaijan Food and Packaging Company”nin nizamnamə kapitalı 33 milyon manatdır. “Qafqaz Otelləri”nin nizamnamə kapitalı isə 616 min manatdır.

 

Bütün xəbərlər