AccessBank-da departament rəhbəri təyin olunub

16:02 - 6.05.2022


6 may, Fineko abc.az.   Bu gündən etibarən Elgin Cümşüdov AccessBank-da Pərakəndə Bankçılıq Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır. O, bu təyinatadək Pərakəndə Bankçılıq Departamentinin rəhbərinin müavini vəzifəsində çalışıb.  

Cənab Cümşüdov 17 ildir ki, AccessBank-da işləyir. O, Bankın sıralarına 2005-ci ildə qoşulub. Fəaliyyətini Kredit Bək Ofis Departamentinin rəhbəri, daha sonra isə Qeyri-Kredit Məhsulları və Bank Xidmətləri Müştəriləri üzrə direktor vəzifələrində davam etdirib.

Elgin Cümşüdov bakalavr təhsilini Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Dövlət İqtisad Universitetində alıb.

Bütün xəbərlər