“Göyçay Şərab” böyük miqdarda zərər edib - Hesabat

16:22 - 6.05.2022


6 may, Fineko/abc.az. 2021-ci ilin yekunları üzrə “Göyçay Şərab” ASC-nin zərəri 1 milyon 236,573 manat təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 51,1% çoxdur.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, 2021-ci il ərzində ASC-nin əsas əməliyyat gəlirləri 7 milyon 375,511 min manat (artım 8,4 dəfə), satışlarım maya dəyəri – 8 milyon 732,818 min manat (artım 5,1 dəfə) təşkil edib.

1 yanvar 2022-ci il tarixinə cəmiyyətin kapitalı 80,947 min manata bərabərdir (azalma 20 dəfə).

Həmçinin nizamnamə kapitalı 46,248 min manat (dəyişməyib), bölüşdürülməmiş mənfəəti – 34,699 min manat (azalma 45,4 dəfə) təşkil edib.

Bütün xəbərlər