“Coinbase” kriptobirjası rus istifadəçilərə girişi qadağan edəcək

17:25 - 6.05.2022


6 may, Fineko/abc.az. “Coinbase” kriptobirjası Rusiya istifadəçilərinə onların hesablarına girişin tezliklə məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, kriptobirja rəhbərliyi bunu Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib.

Qeyd edilib ki, 8 aprel 2022-ci ildə Avropa İttifaqı (Aİ) “Coinbase”in bəzi Rusiya müştərilərinə kriptovalyuta xidmətləri göstərməsinə mane olan sanksiyalar tətbiq edib.

"Bu müştərilərə Rusiya vətəndaşları, Rusiyada yaradılmış hüquqi şəxslər və bu ölkənin rezidentləri daxildir. Ruslar kriptovalyutanı birjadan 31 may 2022-ci il saat 5:01-ə qədər çıxarmalı və “Coinbase” hesablarına əlavə vəsait göndərməmlidirlər. Əks halda vəsaitlər dondurula bilər", - deyə kriptobirjadan bildirilib.

Bütün xəbərlər