“Azərbaycan Dəmir Yolları” yoldəyişənlərin quraşdırılmasını həyata keçirir

12:07 - 14.05.2018


14 may, Fineko/abc.az.  “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Böyük-Kəsik yolunun 600 km-lik hissəsinin əsaslı təmirinin növbəti mərhələsini davam etdirir.
QSC-in məlumatında deyilir ki, 2016-cı ilin sentyabr ayından etibarən paralel olaraq yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.
“İlk yoldəyişən 9 sentyabr 2016-cı il tarixində  quraşdırılmışdır. Haızrda isə 156 yoldəyişən dəyişdirilmişdir”, - məlumatda belə deyilir.
Hazırda Yevlax stansiyasında yeddi yoldəyişənin əsaslı təmiri həyata keçirilir. İşlər mərhələlərlə aparılacaq. Proses 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolları” MMC-nin əməkdaşları tərəfindən həyata keçirilir. 

Bütün xəbərlər