Ukraynada müharibə başlayandan Avropa Bankları böyük pullar itirib – Siyahı

10:59 - 10.05.2022


10 may, Fineko/abc.az. Avropanın ən böyük bankları Ukraynada xüsusi əməliyyat başlayandan sonra 5 milyard avro itirib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ən böyük itki ilə İtaliyanın "UniCredit" bankı üzləşib.

Sözügedən bank nə az, nə çox 1,3 milyard avro itirib. Zərərlərə görə liderlər arasında 834 milyon avro itki ilə Hollandiyanın ING şirkəti və 801 milyon avro itirmiş İtaliyanın Intesa Sanpaolo bank qrupu da var.

Reytinqdə onlardan sonra Fransanın Credit Agricole (604 milyon avro), BNP Paribas (433 milyon avro) və Societe Generale (354 milyon avro) şirkətləri qərarlaşıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər