Çin Bankı məzənnəni aşağı saldı

11:55 - 10.05.2022


10 may, Fineko/abc.az. Çin Xalq Bankı (mərkəzi bank) yuanın (milli valyutanın rəsmi adı) dollara nisbətdə məzənnəsini 235 bənd aşağı salaraq 6,7134 yuana endirib.

ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyicinin saytında yerləşdirilən məlumatda deyilir.

Tənzimləyicinin statistikasından məlum olur ki, bu, 30 oktyabr 2020-ci ildən bəri minimum dəyərdir.

Yuan dollar qarşısında üçüncü iş günüdür ki, ucuzlaşıb. 2020-ci ildə COVİD-19 pandemiyası fonunda yuanın dollara nisbətdə məzənnəsi ucuzlaşmışdı.

Bütün xəbərlər