Bakıda 200-ə yaxın şirkətin tanıtımı keçiriləcək

14:16 - 10.05.2022


10 may, Fineko/abc.az. 16-18 iyun tarixlərində “Baku Crystal Hall”da "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.

ABC.AZ xəbər verir ki, sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.

200-ə yaxın şirkətin iştirakının nəzərdə tutulduğu sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.

Bütün xəbərlər