Avropa Bankı Azərbaycanda ÜDM ilə bağlı proqnozunu azaldıb

17:06 - 10.05.2022


10 may, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu azaldıb.

ABC.AZ xəbər verir ki, bu barədə EBRD-nin “Regional Economic Prospekt” hesabatının may sayında bildirilir.

Sənədə əsasən, bu il Azərbaycanda iqtisadi artımın 4,5% olması gözlənilir ki, bu da martda verilmiş proqnozla müqayisədə 0,5 faiz bəndi azdır.

EBRD gələn il isə Azərbaycanda ÜDM-in 2,5% artacağını proqnozlaşdırır. Bu isə, əvvəlki proqnozla eynidir.

 

Bütün xəbərlər