Azərbaycanda qiymətli kağızlar bazarı böyüyüb

10.05.2022,17:31


10 may, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarındakı əməliyyatların həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Azərbaycanın qiymətlu kağız bazarında 5 284,1 milyon manatlıq əməliyyat aparılıb. Bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % çoxdur.