Neftin qiyməti yüksəlir, Brent barrel başına $104,83 təşkil edir

09:26 - 11.05.2022


11 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün düşdükdən sonra çərşənbə günü hərracda artır.

Saat 09:14-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in iyul fyuçersləri $2,37 (2,31%) - barrel başına $104,83-ə qədər bahalaşıb. Mayın 10 - da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyul fyuçerslərinin qiyməti $3,48 (3,29%) - bir barrelə $102,46-a düşüb.

Saat 09:14-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersi $2,29 (2,30%) - barrel başına $102,05-ə qədər artıb. Mayın 10 - da keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyun fyuçerslərinin qiyməti $3,33 (3,23%) bir barelə $99,76-a düşüb.


Bütün xəbərlər