Aİ bundan sonra yalnız bu avtomobilləri qeydiyyata alacaq

10:36 - 11.05.2022


11 may, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) 2035-ci ildən yalnız elektrik nəqliyyat vasitələrini qeydiyyata almağı planlaşdırır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu digər avtomobillərə bir növ qadağa xarakteri daşıyır.

Yəni, 2035-ci ildən Aİ benzin və dizel ilə hərəkət edən minik avtomobillərinin və karbon qazı buraxan yüngül kommersiya avtomobillərinin qeydiyyatına icazə verməyəcək.

Bunun üçün mövcud olan yeganə texnologiya elektrikli avtomobildir.

Bununla yanaşı daxili yanma mühərrikli avtomobillərin istehsalı olunmayacağı təqdirdə iş yerləri itiriləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər