Ötən il sığortaçılar bu qədər vergi ödəyib

14:45 - 11.05.2022


11 may, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi 2021-ci ilin Azərbaycanın sığorta sektorunun maliyyə göstəriciləri açıqlanıb.

ABC.AZ-ın İntrfax-a istinadən xəbər verir ki, hesabat dövründə sığorta sektorunun xərcləri 4,5% - 842,299 milyon manatadək azalıb. Sığorta ödənişləri 497,117 milyon manat (artım 0,8%), təkrar sığorta ödənişləri 112,405 milyon manat (azalma 27,1%), işin aparılması xərcləri 197,621 milyon manat (artım 1,7%) təşkil edib. 2021-ci ildə sığortaçılar 15,295 milyon manat məbləğində (azalma 5,3%) mənfəət vergisi ödəyiblər.

Bütün xəbərlər