Azərbaycanın sığorta bazarının xalis mənfəəti kəskin azalıb 

11.05.2022,14:37


 11 may, Fineko/abc.az.   2021-ci ildə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 66,046 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən

27,8% azdır. ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, hesabat dövründə sığorta sektorunun gəlirləri 2020-ci illə müqayisədə 6,7% - 923,64 milyon manata qədər azalıb.
Sığorta haqları 10,2% - 875,469 milyon manata qədər artıb, xalis mənfi sığorta ehtiyatları bil il əvvələ olan 62,181 milyon manata qarşı 73,261 milyon manat təşkil edib. Sığorta bazarının iştirakçılarının investisiya gəlirləri 57,15 milyon manat (azalma 13,7%), sığorta haqlarında təkrar sığortaçıların payı 42,061 milyon manat (artım 2,4 dəfə) təşkil edib.