Bakının bu ərazisindəki "xruşovkalar" sökülür

15:36 - 11.05.2022


11 may, Fineko/abc.az. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən binanın söküntüsünə başlanılıb. Hazırda sökülməkdə olan "xruşovka" tipli binanın yerində yaşayış və qeyri-yaşayış binasının tikintisi planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər bildirib.

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bildirmişdi ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

Bütün xəbərlər