Qiymətli metallar və ondan hazırlanan məmulatların həcmində artım var - Ötən 4 ayın nəticəsi

17:13 - 11.05.2022


11 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ötən 4 ay ərzində (yanvar-aprel aylarında) qeyri-neft ixracının dəyərinin artması barədə məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, qurumdan bildirilib ki, sözügedən dövrdə qeyri-neft ixracının tərkib hissəsində az qiymətli metallar və ondan hazırlanan məmulatların həcminin artdığını görürük.

"Bu mal qrupunun strukturunda əsas payı alüminium və ondan hazırlanan məmulatlar tutur. Xüsusilə, alüminum məhsulları üzrə geniş çeşidlənmə və müxtəliflik hiss edilir. Belə ki, xüsusilə 2021 və 2022-ci illər ərzində qeyd edilən metal və ondan hazırlanan məmulatların bir neçəsi qeyri-neft ixracının ilk 20 məhsulu üzrə drayver rolunu oynayır. Bundan əlavə, alüminium məhsullarının əsas özəlliyi odur ki, bu qrup üzrə hazırlanan üç müxtəlif məhsul ixracda pay tutur. Bu məhsuldan əlavə biz polietileni qeyd edə bilərik ki, oxşar əmtəə xarakterinə malikdir. Qara metallara baxdıqda ixrac edilən məhsullar arasında tikinti-inşaat sektoru üçün tələb edilən az qiymətli metalların 23%-ni təşkil edib", - deyə qurumdan bildirilib.

Bütün xəbərlər