12.05.2022,10:27
12 may, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək vəzifəli şəxsinə cinayət işi başlanılıb.
Bu barədə ABC.AZ-a Quba Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyevin işlədiyi dövrdə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul tələb edərək alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Aparılan istintaqla Ramil Əliyevin yalandan vədlər edərək ümumilikdə 21 500 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib. Ramil Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.
01.07.2022,10:36
05 İyul 2022 | 17:28
05 İyul 2022 | 17:14
05 İyul 2022 | 16:53
05 İyul 2022 | 16:40
05 İyul 2022 | 16:28
05 İyul 2022 | 16:16
05 İyul 2022 | 16:07
05 İyul 2022 | 16:01
05 İyul 2022 | 15:50
05 İyul 2022 | 15:33
05 İyul 2022 | 15:11
05 İyul 2022 | 14:57
05 İyul 2022 | 14:45
05 İyul 2022 | 14:32
05 İyul 2022 | 14:27
04 İyul 2022 | 11:32
04 İyul 2022 | 11:40
04 İyul 2022 | 14:02
04 İyul 2022 | 10:53
04 İyul 2022 | 10:37
04 İyul 2022 | 10:00
04 İyul 2022 | 10:49
04 İyul 2022 | 10:17
04 İyul 2022 | 09:55
04 İyul 2022 | 10:06