Avropa Bankı Azərbaycanda inşa ediləcək bu layihəyə pul ayrılmsını təsdiqlədi

10:49 - 12.05.2022


12 may, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inkişafına, tikintisinə və sonrakı istismarına 51 milyon ABŞ dolları məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayrılmasını təsdiq edib.

ABC.AZ xəbər verir ki, bu barədə AYİB-in yaydığı  məlumatda qeyd edilib. Məlumatda bildirilib ki, ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC sözügedən layihədə borcalan qismində çıxış edir. BƏƏ-nin "Masdar" şirkəti isə layihənin sponsoru olacaq.

Qeyd edək ki, bir sıra digər beynəlxalq maliyyə institutlarının, o cümlədən Asiya İnkişaf Bankının da layihəyə dəstək verməsi gözlənilir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər