“Şahdəniz” yataqları istismara veriləndən indiyədək nə qədər neft ixrac edilib?

11:53 - 12.05.2022


12 may, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2022-ci il tarixinədək 589 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 553 milyon ton neft, “Şahdəniz”dən isə 36 milyon ton kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 may tarixinədək 589 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Yataqlar istismara veriləndən cari ilin 01 may tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 195 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 166 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 114 milyard kub metrdən çox həcmi ixraca nəql edilib.

Ölkədə neftin emalı 2022-ci ilin yanvar-aprel aylarında 1,8 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 210 min ton az olub.

 

Bütün xəbərlər