“Lukoil” “Shell Oil”in yanacaqdoldurma məntəqələrini alır - Müqavilə bağlandı

14:08 - 12.05.2022


12 may, Fineko/abc.az.  “Lukoil” şirkəti Rusiyada 400-dən çox “Shell” yanacaqdoldurma məntəqəsinə və sürtkü yağları zavoduna sahib olan “Shell Oil” şirkətini satın alır.

ABC.AZ xəbər verir ki, şirkət bu barədə açıqlama yayıb.  

Açıqlamada qeyd edilib ki, "Lukoil" Rusiyada neft məhsullarının pərakəndə satışı və sürtkü yağları istehsal edən "Shell Oil"in 100% payını almaq üçün "Shell"in törəmə şirkətləri ilə müqavilə bağladığını elan edir. "Söhbət əsasən Mərkəzi və Şimal-Qərb federal dairələrində yerləşən 411 Shell yanacaqdoldurma məntəqəsindən və Tver vilayətində sürtkü yağları istehsal edən zavoddan gedir",- məlumatda bildirilir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər