Yerli və xarici turistlərin ən çox getdiyi rayonlar - Siyahı    

12.05.2022,14:39


12 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yerli mətbuatda yay fəslinin gəlişi ilə əlaqədar bəzi rayonlarda kirayə evlərin bahalaşdığı xəbərləri qeyd edilib. Məsələ ilə bağlı ekspert Ramil Osmanlı da danışıb.

ABC.AZ xəbər verir ki, ekspert yerli və xarici turistlərin ən çox üz tutduğu rayonların Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Quba-Xaçmaz və respublikanın cənub rayonları olduğunu bildirib. “Hazırda həmin rayonların kəndlərində kirayə verilən ikiotaqlı, orta şəraiti olan evin günlük qiyməti 40 manatdan başlayır. Yay aylarında isə bu qiymətlər bahalaşır. 50 manata ev tapmaq belə mümkün olmur. Həmin bölgələrdə elə evlər var ki, onların günlük qiyməti şəraitindən aslı olaraq 300 manatdan başlayır. Qiymətlərə təsir edən əsas amillərdən biri də həmin rayonların paytaxta nə qədər yaxın olmasıdır”, – deyə o əlavə edib.