Kriptovalyutaların ümumi bazar dəyəri 1 gündə 253 milyard dollar əriyib

12.05.2022,15:37


12 may, Fineko/abc.az. ABŞ-da inflyasiya gözləntiləri aşdıqda kriptovalyuta bazarı demək olar ki, çökməyə doğru gedir.

ABC.AZ-ın məlumatına görə, "Bitcoin" 1,5 ildən sonra 28 min dollardan aşağı düşüb. Belə ki, ekektron pul 28.000 dollardan aşağı düşüb. "Bitcoin" gündəlik 12 faiz, Ethereum isə 20 faiz itirib.

Binance Coin 22%, Ripple 29%, Solana 31%, Cardano 28% və Dogecoin isə 29% dəyər itirib.

Kriptovalyutaların ümumi bazar dəyəri 1 gündə 253 milyard dollar əriyib və 1 trilyon 433 milyard dollardan 1 trilyon 180 milyard dollara çıxarılıb. Müəllif: Elmir Murad