Avropa Bankı Gəncədə 10 milyon avroluq layihə həyata keçirəcək

12.05.2022,15:58


12 may, Fineko/abc.az. Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300 000-dən çox insan Gəncə Şəhər İcra Hakimiyyəti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasındakı əməkdaşlıq sayəsində şəhər mühitinin yaxşılaşdırılmasından faydalanacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Gəncə İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, imzalanan sazişlərdə, AYİB şəhərin bərk məişət tullantılarının toplanması infrastrukturunun yaxşılaşdırılmasına sərmayə qoyuluşunu öhdəsinə götürüb.

Layihə Gəncənin AYİB-nin “Yaşıl Şəhərlər” (EBRD Green Cities) proqramına cəlb edilməsinin bir hissəsidir və şəhərin “Yaşıl Şəhər” Tədbirlər Planının (YŞTP) inkişafına təkan verəcək.

10 milyon avroluq kredit tullantıların ağıllı toplanması və marşrutun optimallaşdırılması sistemlərinin tətbiqinə sərf olunacaq.

Yeni konteyner növləri, mövcud tullantı parkının təkmilləşdirilməsi və daha “yaşıl” nəqliyyat vasitələrinin tətbiqi şəhərin kommunal xidmətlərində karbon izinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək.