Putin sanksiyalardan danışdı - Qərbi qınadı

16:08 - 12.05.2022


12 may, Fineko/abc.az. Qərbin Rusiyaya qarşı sanksiyaları daha çox o sanksiyaları tətbiq edən ölkələrə zərər vurur, həmçinin, qlobal böhran doğurur.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı iclasda deyib.

Rusiya lideri sanksiyalara görə, ayrı-ayrı Avropa ölkələrində inflyasiyanın 20%, avrozona üçün isə ümumilikdə 11% artdığını qeyd edib.

“Rusiyaya qarşı sanksiyaların qlobal nəticələri, o cümlədən bəzi ölkələrdə aclığın baş verməsi dominantlıq naminə qalan dünyanı qurban verməyə hazır olan Qərbin üzərində olacaq”, - Putin vurğulayıb.

Bütün xəbərlər