İndiyə qədər 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

16:23 - 12.05.2022


12 may, Fineko/abc.az. İndiyə qədər Azərbaycandakı sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, sahibkarlar bu günə qədər sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırıb və 10 000-dən çox daimi iş yeri yaradıl.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manata qədər investisiyanın yatırılması və 2 600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər