Sənaye zonalarına indiyə qədər 6,4 mlrd. manatdan çox investisiya yatırılıb

16:30 - 12.05.2022


12 may, Fineko/abc.az. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb və 10 000-dən çox daimi iş yeri yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, statistik göstəricilərə əsasən, sənaye zonaları üzrə indiyədək ümumilikdə 6.5 mlrd.manatdan çox məhsul istehsal edilib.

Qeyd edilib ki, bunun 2.1 mlrd. manatı (təqribən 32 %-i) ixrac olunub.

2021-ci ilin I rübündə sənaye zonalarında 373 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82.6% çox (681 mln. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119.9 mln. manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 mln. manat təşkil edib.

Bütün xəbərlər