“Azərpoçt” MMC-nin idarəetmə forması dəyişib

16:50 - 12.05.2022


12 may, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin idarəetmə forması dəyişib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, qurumda Baş direktor və onun müavini vəzifələri ləğv edilib.

Əvəzində İdarə Heyətinin (İH) sədri və üzvü vəzifələri yaradılıb. Beləliklə, Əfqan Quliyev “Azərpoçt”un İH-nin sədri, Sübhan Kazımov, Nazim Süleymanov, Xəyyam Əli-zadə və İsi Mustafayev isə İH-nin üzvləri təyin ediliblər.

Dövlət şirkətindən  faktı təsdiq ediblər. Bildirilib ki, yeni idarəetmə forması korporativ idarəetmə sisteminə keçidlə bağlıdır və proses davam edəcək.

Bütün xəbərlər