Aktivləri azalan Banklar - Siyahı

10:45 - 13.05.2022


13 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il apelin 1-nə aktivləri illik müqayisədə az olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Premium Bank” və “Azərbaycan Sənaye Bankı”   ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma İran bankında (11,5%), ən az azalma isə “Premium Bank”da (2,3%) qeydə alınıb. Qalan 22 bankın aktivləri artıb.

Ən yüksək dinamika “Yelo Bank” ASC-də (69%), ən aşağı dinamika isə “AFB Bank” ASC-də (0,1%) qeydə alınıb.

Bütün xəbərlər