Bu bankların aktivləri artıb - Siyahı

13.05.2022,11:05


13 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə aktivləri 2 milyard manatdan çox olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (11 649,88 milyon manat), “PAŞA Bank” (7 125,45 milyon manat), “Kapital Bank” (6 934,685 milyon manat) və “Xalq Bank” (2 387,519 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 2-də aktivlər 1-2 milyard manat arasında, 8 bankda 500 milyon manatdan 1 milyard manata qədər, 10 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır.