Dövlət Xidməti "Azərsun Holdinq"ə qarşı iş qaldırdı - Şirkət qanunvericiliyi pozub

12:05 - 13.05.2022


13 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalar aparır.

ABC.AZ Xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.

Qeyd edək ki, “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC "Azərsun Holdinq"ə daxil olan şirkətlərdir.

Bütün xəbərlər