Ötən 4 ayda stansiyalarda istehsal edilmiş elektrik enerjisinin həcmi açıqlanıb

14:48 - 13.05.2022


13 may, Fineko/abc.az. Ümumilikdə 2022-ci ilin yanvar-aprel aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 292,2 mln.kVt·st, yəni 3,3 % artaraq 9240,1 mln. kVt·st olub.

ABC.AZ xəbər verir ki, bu Energetika Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 232,6 mln. kVt·st artaraq 8621,3 mln. kVt·st, SES-lərdə 52,2 mln. kVt·st artaraq 492,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 7,4 mln. kVt·st artaraq 126,2 mln. kVt·st olub.

Külək elektrik stansiyalarında 32,2 mln. kVt·st, günəş elektrik stansiyalarında 18,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 76,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Bütün xəbərlər