Bolqarıstan bu tarixdən qazı tam olaraq Azərbaycandan alacaq

16:00 - 13.05.2022


13 may, Fineko/abc.az. Bolqarıstan iyulun 1-dən etibarən Azərbaycandan qazı tam həcmdə ala biləcək.

ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Bolqarıstanın Baş naziri Kiril Petkov parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, sözügedən bu tədarük Yunanıstan ilə sistemlərarası qaz kəmərinin inşasının başa çatmasından asılı deyil.

Petkov, həmçinin əlavə edib ki, Bolqarıstana Amerika qazı da çatdırılacaq.

Bütün xəbərlər