İlham Əliyev: Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək

14.05.2018,16:00


14 may, Fineko/abc.az.  Azərbaycan Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kompleksinin açılış mərasimində iştirak etdi.

Dövlət  başçısı açılış mərasimində bildirib ki, Azərbaycan ərazisində "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması işləri başa çatmaqdadır.

“Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcəkdir. Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcəkdir. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək”,  -  İ.Əliyev belə deyib.