“ASAN Login”də yenilik - Detallar

16.05.2022,10:56


16 may, Fineko/abc.az. “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası yekunlaşıb.

ABC.AZ xəbər verir ki, Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” Vahid Giriş Sistemi üzərindən göstərilən dövlət xidmətləri indi vətəndaşlara daha əlçatan olacaq.

Vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla (https://asanlogin.my.gov.az/auth) bura inteqrasiya olunan 80 portala və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə edəcəklər.

Müəllif: Elmir Murad