Son 4 ayda ÜDM istehsalı bu qədər artıb

12:34 - 16.05.2022


16 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında ölkədə 39554,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4 faiz artıb.

ÜDM istehsalının 54,8 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3938,4 manata bərabər olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər