“Azərsu” rəhbərliyi vətəndaş qəbulu keçirəcək

14:17 - 16.05.2022


16 may, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov 17 may 2022-ci il tarixində Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

ABC.AZ xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Göygöl Şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Göygöl və Daşkəsən Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Bütün xəbərlər