Müdafiə nazirliyi bu şirkətlə 2 milyon manatlıq müqavilə imzalayıb

14:39 - 16.05.2022


16 may, Fineko/abc.az. Müdafiə Nazirliyi dəftərxana, təmizlik ləvazimatları və katriclərin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

ABC.AZ-ın məlumatına görə, sözügedən məsələ ilə bağlı artıq müqavilə imzalanıb. “Tuana-P” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Müqavilədə Müdafiə Nazirliyi üçün dəftərxana, təmizlik ləvazimatları və katriclərin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 793 903 manatdır.

Qeyd edək ki, “Tuana-P” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Abbas Qurban Əliyevdir.

Bütün xəbərlər