Aİ və ABŞ-dan “buğda müharibəsi”nə hazırlıq - Təfərrüat

17:02 - 16.05.2022


16 may, Fineko/abc.az. Avropa Birliyinin Ticarət Komissarı Valdis Dombrovskis son geosiyasi hadisələr və qidaya ixrac məhdudiyyətləri səbəbindən ABŞ tərəfdaşları ilə təchizat zəncirlərini yaxşılaşdırmaq yollarını axtaracaqlarını bildirib.

ABC.AZ-ın məlumatına görə, G-7 ölkələrinin xarici işlər nazirləri həftəsonu görüşlərində xəbərdarlıq ediblər ki, Ukraynaya qarşı müharibə qlobal aclıq böhranına səbəb ola bilər.

Nazirlər bunun səbəblərini Ukraynanın taxıl, gübrə və bitki yağı ixrac edə bilməməsi, dağıdılan əkin sahələri və münaqişələr nəticəsində normal əkin mövsümünün keçirilə bilməməsi kimi göstəriblər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər