AMB-in qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

17:08 - 14.05.2018


14 may, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki,  50101967S dövlət nömrəli notların yerləşdirilməsi üzrə hərrac mayın 16-da keçiriləcək.

“Hər birinin nominal dəyəri 100 manat olmaqla, cəmi 250 milyon manat həcmində notlar təqdim ediləcək. Notların tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında belə deyilir.

 

Bütün xəbərlər