Mərkəzi Bank 1 ildə 162 milyon 746 min manat zərər edib

10:38 - 17.05.2022


17 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin maliyyə göstəriciləri ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabatda ötən il Mərkəzi Bankın 162 milyon 746 min manat xalis zərər ilə başa vurduğu qeyd edilib. Halbuki, qurum 2020-ci ili 52 milyon 485 min manat xalis mənfəət ilə bağlamışdı. 2020-ci ildə Mərkəzi Bankın effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 151 milyon 881 min manat ikən, 2021-ci ildə 121 milyon 86 min manata geriləyib. Mərkəzi Bankın haqq və komissiya gəlirləri isə 10 milyon 251 min manatdan (2020-ci il) 20 milyon 488 min manata yüksəlib. 

Müəllif: Elmir Murad

Bütün xəbərlər