Mərkəzi Bankın aktivləri ötən il artıb - Hesabat

10:55 - 17.05.2022


17 may, Fineko/abc.az. Mərkəzi Bankın ötən il xalis zərərin səbəbləri faiz gəlirlərinin azalması, qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis zərər, qiymətli kağızların realizasiyası üzrə xarici zərər və valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis zərərdir.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib. Belə ki, Mərkəzi Bankın 2020-ci ilin sonunda 596 milyon 9 min manat təşkil etmiş bölüşdürülməmiş mənfəəti 2021-ci ilin sonunda 183 milyon 263 min manaat təşkil edib. 412 milyon 746 min manatlıq azalmanın 250 milyon manatı dövlət büdcəsinə köçürmə, 162 milyon 746 min manatı isə ötən ilin xalis zərər ilə bağlıdır.

Mərkəzi Bankın cəmi aktivləri 2020-ci illə müqayisəıdə 2021-ci ildə 924 milyon 598 min manat və ya 3,6% artaraq 26 milyard 410 milyon 568 min manata çatıb. Müəllif: Elmir Murad

Bütün xəbərlər