İlham Əliyev qazaxıstanlı həmkarına zəng etdi  

11:26 - 17.05.2022


17 may, Fineko/abc.az. Mayın 17-də Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti yayıb. Dövlət başçısı Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər. Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər